"Bank of Baku" şirkəti, Proseslərin idarə edilməsi və rəqəmsal transformasiya şöbəsinin aparıcı eksperti vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Bankdaxili prosesləri izləmək, müvafiq strukturlarla görüşlər keçirmək, mövcud proseslər haqqında məlumatlar əldə etmək;
- Proses xəritəsi, iş axını sxemləri və proses sənədlərinin hazırlanması;
- Mövcud prosesləri təhlil edərək araşdırmaq və təkmilləşmə ehtiyacı olanları müəyyən etmək;
- Proseslərin optimallaşdırılması üzrə təkliflər vermək, onların həyata keçirilməsi üçün aidiyyəti strukturlarla mütamadi iş birliyində olmaq;
- Rəqəmsallaşma sahəsində müvafiq həll və təşəbbüslərin hazırlanmasında iştirak etmək;
- Proqram təminatlarının keyfiyyət təminatı prosesində iştirak etmək;
- Müvafiq işlərlə əlaqədar təqdimatların hazırlanması.
Tələblər:
- Ali təhsil (İnformasiya texnalogiyaları, iqtisadiyyat sahələri olmaqla) tələb olunur.
- Sahə üzrə iş təcrübəsi- 1-3 il
- Dil bilikləri: Azərbaycan - Yüksək, İngilis- Orta,
- MS Office – Yüksək
- Visio və ya bənzər proqramlar - Yüksək
- Jira və ya bənzər proqramlar - Yüksək
- Figma və ya bənzər proqramlar - Orta
- BPM sistemləri - Orta
- CRM sistemləri - Orta
Qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.
Zemfira Ms
Fins.az