AZ

Makrondan Putinə şok müraciət: Görün nə tələb etdi

Fransa prezidenti Emmanuel Makron Qərb silahları ilə Ukrayna Silahlı Qüvvələrinə (AFU) Rusiya ərazisinə zərbə endirməsinə icazə verdikdən və Rusiyanın nüvə doktrinasını yenilədikdən sonra Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

Publika.az xəbər verir ki, Fransa lideri Moskvanı Ukraynadakı vəziyyətin “kollektiv deeskalasiyasında” iştirak etməyə çağırıb.

Siyasətçi bu barədə Braziliyada keçirilən G20 sammiti çərçivəsində açıqlama verib. Makron çıxışında Putini “vəzifələrini” yerinə yetirməyə dəvət edib.

“Mən prezident Putini öz sağlam düşüncəsindən və öz öhdəliklərindən istifadə etməyə, BMT Nizamnaməsinə hörmət etməyə və gərginliyin kollektiv şəkildə azaldılmasında iştirak etməyə çağırıram”, - Makron deyib.

Seçilən
15
publika.az

1Mənbələr