AZ

Azərbaycan nefti ucuzlaşıb

Bakı. Trend:

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1barelinin qiyməti 0,78 ABŞ dolları, yaxud 1,04 % azalaraq 74,4 ABŞdolları təşkil edib.

Bu barədə Trend-ə neftbazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvarfyuçerslərinin qiyməti 73,31 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin ortaqiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ciil aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ciilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neftəsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsihaqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə AzərbaycanDövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Seçilən
11
49
az.trend.az

10Mənbələr