Dini təhlükəsizlik məsələsinə büdcə layihəsində spesifik sahə kimi baxmaq lazımdır. Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.
"Düşmən
narkotiki yaymaqla sağlamlığımızı təhlükə altına alır. Dini təhküsəzilik məsələsinə
diqqət yetirilməlidir. Dini siyasəti mübarizəni spesifik sahə kimi göstərməliyik", - deputat Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
Fazil Mustafa siyasi partiyalara ayrılan vəsaitin də mexanizmləşdirilməsini təklif edib.
"Siyasi partiyaların sayı artdıqca digər partiyaların maliyyəsində azalma olur. Elə bir mexanizm yaratmaq lazımdır ki, yeni partiyalar yarananda digər partiyaların maliyyəsi azalmasın", - o bildirib.
Gülnar Nazimqızı
www.anews.az