AZ

İşiba: "Trampa qarşı müxalif mövqeyim yoxdur"

Yaponiyanın baş naziri İşiba Şiqeru Trampa qarşı əks münasibətinin olmadığını bildirib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən mətbuat konfransında çıxış edən İşiba qeyd edib: 

“Əgər ABŞ-nin gələcək prezidenti Trampa münasibətimi təsvir etməli olsam, bunu müxalif kimi qələmə verməzdim". 

Yaponiya-ABŞ əməkdaşlığının təkcə hər iki ölkədə deyil, həm də Hind-Sakit okean regionunda sülh və sabitliyə fayda verəcəyini bildirən İşiba Yaponiyanın ABŞ-nin yeni administrasiyası ilə sıx ünsiyyət və əməkdaşlıq içində olacağını qeyd edib.

Əli Hüseynov

Seçilən
11
bakivaxti.az

1Mənbələr