AZ

Pensiya və maaş artımına aydınlıq gətirildi – “Ən azı 2 dəfə…”

Globalinfo.az sabiq deputat Vahid Əhmədovla müsahibəni təqdim edir:

-Vahid bəy, bir neçə gündür mediada minimum pensiya və əməkhaqqının artırılacağı barədə xəbərlər dərc olunur. Amma dəqiq bir rəqəm, fakt yoxdur. Oxucuların narazılığına səbəb olan bu hal həqiqidirmi? Yəni artım varmı?
-Dəqiq məlumat verilməyib. Mətbuatda gedən yazıları oxumuşam. Əslində bu, müvafiq komitənin iclasından sonra aydınlaşacaq. Bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisdə çıxışı zamanı pensiya, maaş və minimum əməkhaqqının artırılacağını bildirmişdi. Buna uyğun olaraq proses baş tutmalı idi. Mövcud məlumatlarda minimum əməkhaqqının 345 manatdan 400 manata qalxdığı qeyd edilir. Ümumiyyətlə, sözügedən məsələlər Prezidentin imzaladığı sərəncamlar əsasında baş tutur. Büdcə müzakirəsində hər zaman qabardılan məsələlərdir.
Həm pensiya, həm də minimum əməkhaqqının artırılmasına ehtiyac var. Çünki bu qərar insanların maaşlarına da təsir edir. Ölkədə inflyasiya, müəyyən qiymət artımı olduğu üçün bu addım atılmalıdır.
-Əslində maaş və pensiyaların artımı başda şad xəbər kimi verilsə də, cəmiyyətdə belə bir qorxu var ki, artım olsa, bahalaşma yaranacaq…

Vahid Əhmədov

-Elədir. Lakin maaş və əməkhaqlarında qiymət artımının olmasının sözügedən məsələyə aidiyyatı yoxdur. Yəni bu artım olmasa belə qiymətlər hər zaman yüksəlir. Hər ay müəyyən qədər ərzağın və s. qiymətinin artığının şahidi oluruq. Əslində qiymət artımı da iki cür olur: süni, obyektiv. Bu gün daha çox süni qiymət artımının olduğunu görürük. Bunun monitorinqini aparmaq və qarşısını almaq lazımdır ki, süni qiymət artımı olmasın. Yoxsa istənilən qədər maaş, minimum əməkhaqqı və pensiyalar nə qədər artsa da bazarlarda süni qiymətlər bunu həmişə üstələyəcək.
-Sizcə, bir vətəndaş normal yaşayışını təmin etmək üçün minimum nə qədər pensiya, yaxud əməkhaqqı almalıdır?
-Minimum əməkhaqqı azı 400 manat məbləğində olmalıdır. Pensiyalar da müəyyən qaydalar əsasında hesablanıb təyin olunur. Amma hər bir halda pensiyalarda da müəyyən artımlar lazımdır.
-Vahid bəy, uzun müddətdir müharibə veteranlarının müavinətinin 80 manat olması məsələsi gündəmdədir. Bu məbləğin təyin olmasını isə kommunal xərclər və s. ilə əlaqələndirirlər. Hətta sözügedən xərclərin 80 manatdan belə az olduğu bildirilir. Sizin yanaşmanız necədir?
-Doğrudur, çox vacib mövzudur və uzun müddət ətrafında müzakirələr getdi. Milli Məclisdə də bir neçə dəfə bu məsələni qaldırmışam. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də məsələ ilə bağlı hesabatlar verir. Lakin bu gün həmin məbləğlə kommunal xərcləri ödəmək qətiyyən mümkün deyil. Bu məbləğin də ən az 150 manat təyin olması yaxşı olardı.

Seçilən
13
paytaxt.org

1Mənbələr