AZ

Yunanıstanda ümummilli tətil ictimai nəqliyyatın işini pozub

Afinada ümummilli tətil səbəbindən ictimai nəqliyyatın fəaliyyəti dayanıb.

Bakıvaxtı.az “Associated Press” agentliyinə istinadla xəbər verir ki, tətil nəticəsində Yunanıstanın materik hissəsini adalarla birləşdirən bərələrin hərəkətində də bir neçə saatlıq fasilə yaranıb.

Bildirilir ki, çərşənbə günü Yunanıstanda dövlət müəssisələri və özəl sektor işçiləri hökumətin fəaliyyətinə etiraz əlaməti olaraq 24 saatlıq tətil elan ediblər. Həmkarlar ittifaqları hakimiyyət orqanlarını inflyasiyanın artmasında və əhalinin həyat səviyyəsinin pisləşməsində günahlandırır.

Tətillərə tibb işçiləri və müəllimlər də qoşulub. Bu gün Afinada nümayişlərin keçiriləcəyi gözlənilir.

Seçilən
12
bakivaxti.az

1Mənbələr