Robot texnikası və süni intellekt şirkəti “Figure AI”, Alman avtomobil nəhəngi BMW-nin istehsal müəssisəsində işləyən insanabənzər robot üçün yeni yeniləmə paylaşıb.

İndex.az xəbər verir ki, şirkətin yaydığı məlumata görə robotlar işçilərdən 4 dəfə daha sürətli işləyir.

Şirkətdən verilən açıqlamaya görə, robotlar sayəsində işlər 400% daha da sürətlənib.

Şirkətin baş direktoru Bred Adkok bildirib ki, insanabənzər robot gündə 1000 hissə yerləşdirir.