AZ

Quru ərik təzyiqi salır, yoxsa qaldırır? -

Quru ərik uzun əsrlərdir xalq təbabətində çoxsaylı müalicəvi təsirinə görə istifadə olunur.Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, quru ərik təzə ərikdən faydalı tərkibinə görə heç də geri qalmır. Onda B, C, PP vitaminləri, kaliy, 12 aminturşusu, marqans və maqniy var.Quru əriyin 10 təsiri:
- Sidikqovucu – artıq mayeni qovur, ödemi götürür, böyrək və sidik yollarından qumu, daşı, çöküntünü yuyur- Piy, yağ yandırıcı – artıq çəkisi olanlar metobolizmi sürətləndirmək üçün gündə 5-7 ədəd quru ərik yesin- Qandurulducu – qanın qatılığını azaldır, axıcılığını artırır, tromba qarşıdır. Ona görə müasir tibb də varikoz və ürək damar xəstələrinə quru ərik tövsiyə edir.- Həzmi yaxşılaşdırır, qəbizliyə qarşıdır
- Endokrin hormonal sistemi tənzimləyir
- Yaddaşı yaxşılaşdırır, diqqəti artırır
- Görmə zəifliyində faydalıdır
- Yüksək təzyiqi salır, təzyiq xəstələrində damar spazmını aradan qaldırır
- Miqren və baş ağrılarına qarşıdır
İstifadə qaydası:Quru əriyi yuyub gündə 100 qram yemək

Və ya üzərinə su alıb dəmləmə və ya kompot hazırlamaq.

  • Şəkərli diabet, qastrit, öd daşı, aşağı təzyiqi olanlar ehriyatla qəbul etsin.

Seçilən
577
8
metbuat.az

10Mənbələr