AZ

Azərbaycanda ən çox maaşı onlar alır

Bakı. Trend:

2023-cü il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdlaçalışan işçilərin sayı 1729,4 min nəfər olub.

Dövlət Statistika Komitəsindən (DSK) Trend-ə verilən məlumatagörə, onlardan 896,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda,832,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyətgöstərib.

Muzdla işləyənlərin 19,1 faizi təhsil, 18,5 faizi ticarət;nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,4 faiziəhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizitikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat,4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi vətexniki fəaliyyət, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı vəbalıqçılıq, 2,1 faizi maliyyə və sığorta fəaliyyəti, 14,7 faizi isəiqtisadiyyatın digər sahələrində məşğul olublar.

2023-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatındamuzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilinmüvafiq dövrünə nisbətən 11,3 faiz artaraq 921,1 manat təşkiledib.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığortafəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiyavə rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksəkolub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
310
49
az.trend.az

10Mənbələr