AZ

Millət vəkilindən nazirə İRAD - Fotofakt

Azadmedia.az xəbər vermişdi ki, bu gün Bakı Konqres Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayı keçirilir. Qurultayda təhsil naziri Emin Əmrullayev bildirdi ki, siniflər və tədris fənləri üzrə dərs saatlarının müqayisəsinə baxdıqda görürük ki, ümumi təhsildə əsaslı məzmunun tətbiqindəki səriştə 90 ilə yaxındır dəyişməyib. Nazirin bu sözlərinə etiraz tanınmış təhsil eksperti, millət vəkili Etubar Əliyevdən gəldi. Millət vəkilinin fitofaktla açıqlamasını təqdim edirik:"Müəllimlərin qurultayında Elm və təhsil nazirinin səsləndirdiyi çoxsaylı təzadlı fikirlərindən biri budur: “Siniflər və tədris fənləri üzrə dərs saatlarının müqayisəsinə gəlincə, təhsilin məzmunu son 90 il ərzində dəyişməyib. Bu gün tətbiq etdiyimiz model çox az dəyişikliyə məruz qalıb. Bu, tək Azərbaycanda deyil, bütün dünyada belədir”. İndi mən təhsil ictimaiyyətinə 1955-56-cı tədris ilinin tədris planını təqdim edirəm. Mənbə: M. Мехти-заде* Очерки истории Советской школы в АзербайджанеM. Mehdizadə Azərbaycanın maarif naziri 1952–1954; 1960–1980-ci illər".

Seçilən
553
azadmedia.az

1Mənbələr