AZ

ABŞ Polşanı Avropa Birliyinin lideri kimi görmək istəyir

ABŞ Polşanın Avropa Birliyində lider olmasını istəyir.

Editor.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa məsələləri üzrə müavini Ceyms O’Brayen Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə görüşündən sonra verdiyi bəyanata istinadən yazır. Agentlik bildirir ki, bu, Polşanın baş naziri Donald Tuskun yeni hökumətinin elan etdiyi məqsəddir. ABŞ dövlət katibinin müavini həmçinin bildirib ki, Vaşinqton və Varşava arasında təhlükəsizlik sahəsində əməkdaşlıq həmişə sıx olub.

Onun sözlərinə görə, NATO müttəfiqlərinin üçdə ikisi ÜDM-in 2 faizini müdafiəyə, Polşa isə bundan daha çox xərcləyir. Agentliyin materiallarında bildirilir ki, ABŞ Polşa ilə əlaqələri gücləndirmək niyyətindədir və daha çox sazişlər bağlamaq istəyir.

Qeyd edək ki, dekabrın 13-də Polşanın bütün kəşfiyyat orqanlarının rəhbərlərinin işdən çıxarıldığı bildirildi. Parlament komissiyası Polşanın yeni baş nazirinin təklifi əsasında istefa vermək qərarına gəlib.

//Gülnarə Abasova, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!
Seçilən
109
1
editor.az

2Mənbələr