AZ

Zelenski Litvaya gedib

Ukrayna prezidenti Baltikyanı ölkələrə səfər edib.AzVision.az xəbər verir ki, Litva Hava Limanlarının baş direktoru Simonas Bartkus Vilnüsə gələn Zelenskinin təyyarədən enərkən çəkilmiş şəklini "X" hesabında paylaşıb.

Ukrayna prezidenti isə özünün sosial şəbəkə hesabında Litva prezidenti və bir sıra dövlət rəsmiləri ilə görüşlər keçirəcəyini, Aİ və NATO-ya inteqrasiya, təhlükəsizlik məsələləri, elektron müharibə və PUA üzrə əməkdaşlıq, həmçinin Avropanın Ukraynaya dəstəyinin koordinasiyası barədə danışıqlar aparacağını qeyd edib.

Məlumata görə, Zelenski gözlənilməz səfər çərçivəsində Litvadan sonra Estoniya və Latviyaya yola düşəcək.
Welcome to Vilnius Airport, President @ZelenskyyUa pic.twitter.com/kPd9kKqo4Q — Simonas Bartkus (@simonasbartkus) January 10, 2024
Estonia, Latvia, and Lithuania are our reliable friends and principled partners. Today, I arrived in Vilnius before going to Tallinn and Riga. I will hold talks with the President, Prime Minister, Speaker of the Seimas, as well as meet with politicians, the media, and the…— Volodymyr Zelenskyy / Володимир Зеленський (@ZelenskyyUa) January 10, 2024
Firudin Həmidli
AzVision.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
278
azvision.az

1Mənbələr