№ 16 Bakı şəhəri, 12 yanvar 2024-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”ndə, 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə, 2015-ci il 16 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Nizamnaməsi”ndə, 2018-ci il 22 dekabr tarixli 561 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri”ndə, 2018-ci il 29 dekabr tarixli 573 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən Qeyri-Hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması Qaydaları”nda və 2020-ci il 7 fevral tarixli 33 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsini maliyyələşdirmə Normativləri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-сi il 24 iyun tarixli 1723 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Təhsil müəssisələ-rinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. “I. Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar” üzrə:
1.1.1. 1.3.16-cı yarımbənddə “ərzağın” sözü “qidanın” sözü ilə əvəz edilsin;
1.1.2. 1.3.33-cü yarımbəndin birinci və üçüncü cümlələrində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;
1.1.3. 1.3.34-cü yarımbənddə “Ərzaq” sözü “Qida” sözü ilə, “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;
1.1.4. 1.3.36-cı yarımbəndin birinci cümləsində, 1.3.37-ci yarımbəndin ikinci cümləsində, 4.3.17-ci, 4.3.18-ci, 5.3.17-ci və 5.3.18-ci yarımbəndlərdə “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;
1.2. “III. Təhsil müəssisələrində ümumi sanitariya-gigiyena tələbləri” üzrə:
1.2.1. 1.4.1-ci yarımbənddən “və ərzaq xammalının” sözləri çıxarılsın və həmin yarımbəndə “normalarına” sözündən sonra “, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara” sözləri əlavə edilsin;
1.2.2. 1.4.24-cü yarımbənddə “bioloji fəallığa malik qida əlavələrindən” sözləri “bioloji aktiv qida məhsullarından” sözləri ilə əvəz edilsin;
1.2.3. 1.4.30.2-ci yarımbənddən “ərzaq və” sözləri çıxarılsın;
1.2.4. 1.4.30.3-cü yarımbəndin birinci cümləsində, 1.4.32-ci, 1.4.36.1-ci yarımbəndlərdə “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;
1.2.5. 1.4.31-ci yarımbəndin ikinci cümləsində “qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair reyestrdən çıxarışın surəti, qida təhlükəsizliyi sertifikatı” sözləri “qida zənciri obyektinin (subyektinin) qeydiyyata alınmasına və ya təsdiq olunmasına dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarışa, idxal olunmuş məhsullara verilən idxal sağlamlıq aktı” sözləri ilə, “saxlanma” sözü “yararlılıq” sözü ilə əvəz edilsin;
1.2.6. 2.3.4-cü yarımbənddə “ərzaqların” sözü “qidaların” sözü ilə əvəz edilsin;
1.2.7. 2.4.4-cü yarımbənddə (hər iki halda) “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin və həmin yarımbəndə “müddətinə” sözündən əvvəl “yararlılıq” sözü əlavə edilsin;
1.2.8. 2.5.1-ci yarımbənddə “gigiyenik cəhətdən hazırlıqlı olan” sözləri “gigiyenik təlimlərdən keçmiş” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.18-ci bənddə “ərzaqların” sözü “qidaların” sözü ilə, “istifadə müddətinə” sözləri “yararlılıq müddətinə” sözləri ilə əvəz edilsin və həmin bəndə “nəzarət” sözündən sonra “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa və” sözləri əlavə edilsin;
2.2. 5.3.5-ci yarımbənddə “müəyyən olunmuş normativlərə” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 16 yanvar tarixli 10 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respub-likası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Nizamnaməsi”nin 1.7-ci və 11.4-cü bəndlərində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 22 dekabr tarixli 561 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Dövlət peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri”ndə aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.1.7-ci yarımbəndin altıncı abzasında “Qeyri-ərzaq” sözü “Qeyri-qida” sözü ilə əvəz edilsin;
4.2. 2.1.8-ci yarımbəndin birinci və altıncı abzaslarında “Ərzaq” sözü “Qida” sözü ilə əvəz edilsin;
4.3. 2.1.8-ci yarımbəndin ikinci abzasında, beşinci abzasında (hər dörd halda) və altıncı abzasında “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 29 dekabr tarixli 573 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən Qeyri-Hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması Qaydaları”nın 20.6-cı bəndinin ikinci cümləsində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 fevral tarixli 33 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsini maliyyələşdirmə Normativləri”ndə aşağıdakı dəyişikliklər edilsin:
6.1. 2.1.7-ci yarımbəndin altıncı abzasında “Qeyri-ərzaq” sözü “Qeyri-qida” sözü ilə əvəz edilsin;
6.2. 2.1.8-ci yarımbəndin birinci və altıncı abzaslarında “Ərzaq” sözü “Qida” sözü ilə əvəz edilsin;
6.3. 2.1.8-ci yarımbəndin ikinci abzasında, beşinci abzasında (hər dörd halda) və altıncı abzasında “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.
Əli ƏSƏDOV,Azərbaycan Respublikasının Baş naziri
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta