AZ

İtaliyada fermerlər iki saat mərkəzi magistral yolu bağlayıblar

Etiraz edən fermerlərin 100-ə yaxın traktoru ölkənin şimalını cənubla, Romanın şimalında birləşdirən mərkəzi İtaliya magistralı boyunca keçidi bağlayıb.“Report” xəbər verir ki, bu barədə İtaliya KİV yazır.Polis, demək olar, iki saata yaxın alternativ marşrutlar üzrə nəqliyyatın hərəkətini yönləndirməyə məcbur olub.“Corriere della Sera” qəzeti qeyd edir ki, oxşar aksiyalar İtaliyanın müxtəlif regionlarında, eləcə də Siciliya adasında baş verib. Lakin İtaliyada Almaniya və Fransadan fərqli olaraq nümayişlər yerli xarakter daşıyır və kütləvi deyil. İtalyan fermerləri Aİ siyasətlərinə, əsasən də müəyyən məhdudiyyətlər qoyan və onların fikrincə, kənd təsərrüfatına ziyan vuran “yaşıl keçid” siyasətinə etiraz edirlər. İxtisaslaşmış təşkilatların nümayəndələri paytaxta traktor karvanlarını sürməyə hazır olduqlarını bildirirlər.

Seçilən
467
5
azpolitika.info

10Mənbələr