AZ

Mərhum müğənni Emil Rəhmanovun anası: “Oğlumun öldüyünü “Instagram”dan öyrəndim” - VİDEO

“Emil məni yandırdı. Övladımın xəstəxanaya düşməsini, reanimasiyada olmasını mənə xəbər etməyiblər. İmkan verməyiblər yataqda üzünü görüm. Bunu heç kimə bağışlamayacağam”.

Oxu.Az xəbər verir ki, bu sözləri mərhum müğənni Emil Rəhmanovun anası Ulduz Əhmədova deyib.

Əhmədova “O üz” layihəsinə açıqlaması zamanı oğlu Emilin vəfat etdiyini “Instagram”dan öyrəndiyini bildirib:

“Bacım oğlu “Instagram”da göstərdi ki, övladımın yasıdır. İmkan vermədilər onun sağlığında xəstə yatağında üzünü görüm. 37 il Emilə baxmışam. Bu kirayədən, o kirayəyə köçə-köçə övladlarımı böyütmüşəm. Oğlum həbsxanada olanda evlərdə işləyib ona yemək aparırdım”.

Daha ətraflı ARB TV-nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
211
50
oxu.az

10Mənbələr