ABŞ Maliyyə Nazirliyi yeni anti-Rusiya sanksiyalarının tətbiq olunduğu fiziki və hüquqi şəxslərin siyahısını dərc edib.
Musavat.com xəbər verir ki, siyahıya Rusiyadan 63, Qırğızıstandan 2, Türkiyədən 16, Çindən 8 şirkət daxildir.
Rusiyadan sanksiya tətbiq olunanlara Belarusdakı səfiri Boris Qrızlov, SGC prezidenti Konstantin Strukov, İttifaqın dövlət katibi Dmitri Mezentsev, Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev, “Novator” OKB-nin baş direktoru Fərid Abdrahmanov, Ukraynanın Xarkov vilayətinin işğal olunmuş hissəsinin hərbi-mülki administrasiyasının rəhbəri Vitali Qançev, “Tulamaşzavod”un baş direktoru Yevgeni Dronov, “Rosgeologiya”, “Pipe Metallurgical Company”, “Aurus” markalı avtomobillərin istehsalçısı, “Mir” milli ödəniş sistemi, “SPB Bank” və “Avangard Bank”,
SUEK, “Aeon Mining”, “YuGK”, “Qazprom Space Systems”, “PIK” inkişaf qrupu, “Rushimalliance”, “Mechel”, “Novatek Murmansk” və “Zarubezhgeologiya” şirkətləri daxildir.
Bundan əlavə, sanksiya siyahısına BƏƏ, Vyetnam, İrlandiya, Almaniya, Estoniya, Serbiya, Finlandiya, Kipr strukturları da daxil edilib.
Musavat.com