AZ

Yüz yaşdan yuxarı insanlarda 12 mühüm əlamət aşkarlanıb

Yüz yaşdan yuxarı insanların qan testlərində 12 mühüm əlamət aşkar edilib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, İsveçdə qan analizi verən 64-99 yaş arası 44 min insanın sağlamlıq vəziyyəti illər ərzində təqib edilib və 100 yaşdan yuxarı insanların bəzi xüsusiyyətləri müəyyənləşib.

“GeroScience” elmi jurnalında dərc olunan araşdırmaya görə, məlumatları araşdırılan insanların 1224-ü (2,7 faiz) 100 yaşını keçə bilib və bu insanların 85 faizi qadın olub. Tədqiqat çərçivəsində iltihab, maddələr mübadiləsi, qaraciyər və böyrək sağlamlığı, qidalanma və anemiya kimi faktorlarla əlaqəli 12 qan əsaslı biomarker müəyyən edilib. Bu əlamətlərlə bağlı aparılan müayinələr nəticəsində 100 yaşdan yuxarı insanların orqanizmində 60 yaşdan başlayaraq qlükoza, kretin və sidik turşusu səviyyəsinin aşağı olduğu müəyyənləşib. Ümumi xolesterol və dəmir səviyyəsi ən aşağı olan insanlar 100 yaşına çatmaq üçün ən çətin qrup olaraq təsnif edilib.

Alimlər bəzi biomarkerlərdə fərdlər arasındakı fərqlərin çox kiçik olduğuna da diqqət çəkiblər. Onlar qidalanma və spirt istifadəsi kimi faktorların ömür uzunluğuna təsirli olduğunu iddia ediblər, lakin müəyyən olunmuş bioloji dəyərlərin həyat tərzi və ya genetik səbəblərdən qaynaqlandığına dair heç bir dəlil tapa bilməyiblər. Tədqiqatçılar qeyd ediblər ki, 100 yaşına çatmaqda şansın da rolu var.

Seçilən
237
3
azpost.info

10Mənbələr