ABŞ İranın PUA proqramı ilə əlaqəsi olan Çin və Rusiyanın 5 şirkət və qurumuna sanksiya tətbiq edib.
Sitat.info xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, ABŞ hökuməti Rusiyada və Yəmən husiləri tərəfindən istifadə edilən İran PUA-larının istehsalı ilə məşğul olan 5 şirkətlə ticarəti məhdudlaşdırıb.
Bildirilib ki, Çinin “Jiangxi Şinto Enterprise” və “Şenzhen Jiacibo” şirkətləri PUA hissələri tədarükünə görə ABŞ-ın sanksiyalar siyahısına əlavə edilib.
Sanksiyaların hədəfi olan Rusiya və Çin şirkətlərinin öz fabriklərində İranın "Şahid" pilotsuz uçuş aparatları hazırlamaq üçün lazımi hissələri istehsal etdiyi bildirilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta