Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziyalara müsahibəsi zamanı ölkənin gələcək inkişafı ilə bağlı milli ideyaların yaranması məqsədilə ictimai müzakirələrin aparılması barədə çağırışına uyğun olaraq, UNEC-də "Gələcək özümü gələcək?" başlıqlı ikinci ictimai müzakirə keçirilib.
APA xəbər verir ki, bu dəfəki müzakirə "Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan: yaşıl müqayisəli üstünlüklər, rəqəmsal dayanıqlılıq!" mövzusunda olub. Müzakirənin videoyazısı qısa zamanda ictimaiyyətə təqdim olunacaq.
Xatırladaq ki, 15 apreldə "Gələcək əsr deyil, əsərdir!” mövzusunda keçirilən müzakirənin videoyası ictmaiyyətə tədqim olunub.