AZ

“Çox vacib bir insanla görüşəcəyəm” - Keşiş mitinqlərin zəifləməsindən NARAHATDIR

“Mən tezliklə çox vacib bir insanla görüşəcəyəm”.

Modern.az xəbər verir ki, bunu Ermənistandakı etiraz aksiyalarının rəhbəri, “Vətən naminə” hərəkatının lideri, keşiş Baqrat Qalstanyan bildirib. 

O, bu gün - iyunun 4-də saat 10:30-da Surb Anna kilsəsinin həyətində olacağını bildirib.

“Kimlə görüşəcəyimi deməyəcəyəm", - keşiş əlavə edib.

Arxiyepiskop yaxın vaxtlarda Vardenis və Sünikə gedəcəyini söyləyib.

“Bundan başqa, cümə günü bizi böyük bir sürpriz gözləyir. İyunun 9-da keçiriləcək mitinqdən sonra qalan aksiyaları sizə deyəcəyəm. Proseslər əsas məqsədə çatana qədər davam edəcək”, - Qalstanyan tərəfdarlarına deyib.

Erməni siyasi şərhçilər isə bildirirlər ki, Baqrat Qalstanyanın hərəkatı getdikcə zəifləyir və tərəfdarlarını tədricən itirir. Buna görə də keşiş insanların diqqətini cəlb etmək üçün tez-tez sürprizlər vəd edir. Ancaq ictimaiyyət hələ ki, ciddi bir sürprizə şahidlik edə bilməyib.

Seçilən
196
50
modern.az

10Mənbələr