AZ

İstanbulda təşkil olunan 15-ci Beynəlxalq “Şərq Xalçaları” Konfransında “Azərxalça” ASC də iştirak edib (FOTO/VİDEO)

Bakı. Trend:

İstanbulda təşkil olunan 15-ci “Şərq xalçaları” Konfransınınəsas mövzusu “Şərq Xalçaşünaslığı 2024: Xalçaçılıq və xalçakolleksiyanın keçmişi və gələcəyi”dir. Konfransda iki əsas sahəyəxüsusi diqqət yetirilib: “Tarixi xalçalar və tekstil” və “Müasirincəsənət, dizayn və yeni istehsalat”. Mötəbər tədbirdə müxtəlifmövzularda iştirak etmək üçün 4 qitə, 20 ölkədən ümumilikdə 76təklif daxil olub. Elmi Komitə tarix və yeni mövzular arasındatarazlığı qoruyaraq, 26 təqdimat və əsas çıxışçı kimi prof. WalterDenny üzərində dayanıb. Sessiyalar 7 və 8 iyun 2024-cü iltarixlərində baş tutub.

1976-cı ildən etibarən hər dörd ildən bir təşkil olunan və artıq50 ildir ki, dünyada xalçaçılığın inkişafına dəstək verən, busahədə önə çıxan ölkələri birləşdirən konfransda “Azərxalça” ASC –nin İdarə Heyətinin sədri, Əməkdar İncəsənət Xadimi Emin Məmmədovda iştirak edib. Emin Məmmədov konfransda iyun ayının 8-də“Azərbaycan xalçaçılıq sənətində mədəni irsin davamlı inkişafı - üçnümunə əsasında” mövzusunda çıxış edib. Çıxış zamanı müasir dövrdə“Azərxalça” ASC-nin Azərbaycanın aparıcı və ən böyük xalçaistehsalçısı kimi fəaliyyəti, istehsalatla yanaşı mədəni irsinqorunması, müasir dövrə, zövqə və interyerə uyğunlaşdırılması,qədim köklər, adət- ənənələr əsasında çağdaş tələblərə cavab verməqaydalarından söz açılıb. Son dövrlərdə “Azərxalça” ASC- nin yalnızölkədaxili deyil, xarici gənc mütəxəssislərlə əməkdaşlıqlarından vəəldə olunan müsbət nəticələrdən bəhs olunub. Konfransın əsasmövzularından biri də 4-5 may 2024-cü il tarixlərində “İçərişəhər”Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi, “Azərxalça” ASC-nintəşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi,İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nundəstəyi ilə İçərişəhərdə təşkil olunmuş Azərbaycanın ilk MilliXalça Festivalı olub. Tədbirin sonunda geniş auditoriyaya MilliXalça Festivalından hazırlanmış nəfis video çarx təqdim olunub.

İyunun 6-da açılış sessiyasını tanınmış alim prof. Walter Denny“Xalça tədqiqatında qorunma və yeni texnoloji sərhədlər” mövzusuilə Reyhan Polatın rəhbərlik edəcəyi “Ənənənin Gələcəyi” adlı yekunpanel muzeylərdə xalça təqdimatlarının innovativ sistemi, yenidizayn və naxışların yaradılmasında süni intellektdən istifadə,toxuculuq və təbii boyamanın son təcrübələrinə diqqət yetirir.

Digər sessiyalar isə Səlcuq və Osmanlı dövrlərinə aid AnadoluXalçaları, Orta Asiya toxuculuqları və keçələri, arxeolojitapıntılar, yeni muzey kolleksiyaları və xalçaçılıq strukturlarınıntexniki aspektləri kimi ICOC (International Churches of Christ)birliyinin konfranslarının daha ənənəvi sahələrini əhatə edəcək.Əvvəlki ICOC (International Churches of Christ) birliyininkonfransları ilə müqayisədə 15-ci konfransda bəzi yeni faktlar var.Bu sahədəki gənc mütəxəssislərdən, həmçinin xalça istehsal edənşirkətlərdən daha çox müraciət daxil olub.

İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
Məqalədə:
Seçilən
42
6
az.trend.az

7Mənbələr