AZ

Azərbaycanda internet istifadəçiləri arasında sorğu keçirilməsinə başlanıldı

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) internet xidmətlərindən istifadə edən istehlakçılar arasında “İnternet xidmətləri üzrə istehlakçı təcrübəsi sorğusu”nun keçirilməsinə başlayıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Bizim.Media-ya bildirilib ki, sorğunun keçirilməsində əsas məqsəd adıçəkilən sektorda xidmət səviyyəsinin və vətəndaş məmnuniyyətinin ölçülməsi, şəffaflığın təmin edilməsidir. 

Bu səbəbdən agentlik vətəndaşları bu prosesdə fəal olmağa, qarşılaşdıqları çətinlikləri, irad və təkliflərini qeyd etməyə çağırır.
Qeyd edək ki, İKTA 2023-cü ilin əvvəlindən başlayaraq internet provayder və operatorların uçotunun aparılmasını həyata keçirir.

Agentliyin bu istiqamətdə həyata keçirdiyi fəaliyyət nəticəsində 158 internet provayder və operatorun uçotu tamamlanıb.

Proses tamamilə rəqəmsal şəkildə “Elektron hökumət” portalında bu link vasitəsilə həyata keçirilir. Qarşıdakı günlərdə oxşar sorğunun poçt (karqo) xidmətlərindən istifadə edən istehlakçılar arasında da keçirilməsi nəzərdə tutulur.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
6
bizim.media

7Mənbələr