AZ

İranpərəst dindarlar Düzgün Atalının avtomobilinə hücum edib? – AÇIQLAMA

Kanalaz.TV saytının rəhbəri Kərəm Cəfərovun (Düzgün Atalı) avtomobilinə naməlum şəxslər tərəfindən hücum edilib. 

“Azərbaycan Reallığı” xəbər verir ki bu barədə onun özü məlumat verib. Kərəm Cəfərov bildirir: “Belə rəzillik ancaq burnunun ucundan uzağı görmək qabiliyyəti olmayanların işidir. Qaranlıq bayquşları gecə xəbərdarlıq məqsədi ilə avtomobilimə xətər yetirərək, arxa alın şüşəsini sındırıblar.

Bədbəxtlər yaxşı bilir ki, mən uzun illərdi ölkəmizdə fəaliyyət göstərən İran xüsusi xidmət orqanlarının alətinə çevrilənlərə qarşı mübarizə apararaq, xeyli yazılar yazmışam. Elə bu səbəbdən də xeyli vaxtdır mənə qarşı təhdidlər ara vermir. “Kərimə”çilərin hədəfindədir. Ancaq daş qayadan nə apara bilər?

Qeyd edək ki məsələ ilə bağlı DİN-nin 102 qaynar xəttinə məlumat verilib, hal-hazırda baş vermiş hadisə ilə bağlı Nəsimi rayon polis idarəsinin 22-ci polis bölməsində araşdırma aparılır.

Seçilən
161
bakuinform.agency

1Mənbələr