AZ

Jurnalist Sərxan Kamallı vəfat edib

Jurnalist Sərxan Kamallı vəfat edib.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə jurnalistin müalicə aldığı xəstəxanadan məlumat verilib.

"1983-cü il təvəllüdlü jurnalist Sərxan Kamallı 16.06.2024 tarixdə saat 06:25-də insult səbəbilə Xətai Tibb Mərkəzin Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, 17.06.2024 07:15-də beyindaxili qansızma, sol tərəfli hemiplegiya, baş-beyin ödemi, ağciyər ödemi səbəbindən dünyasını dəyişib", - məlumatda deyilir.

Qeyd edək ki, Sərxan Kamallı insult keçirərək komaya düşmüşdü.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
10
day.az

10Mənbələr