Türkiyənin Adıyaman vilayətində meşə yanır.
"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğın təxminən 20 hektarlıq ərazini əhatə edir.
Hadisənin səbəbi məlum deyil.
Həmçinin, Manisa şəhərində də meşə yanır. Buradakı yanğının söndürülməsi üçün 4 təyyarə, 3 helikopter, 10 su tankeri, 2 su təchizatı tankeri və 2 buldozer cəlb olunub.
Hazırda hər iki yanğının söndürülməsi istiqamətində havadan və qurudan müdaxilə edilir.
Qeyd edək ki, Türkiyənin müxtəlif şəhərlərində meşə yanğınları bir neçə gündür ki davam edir.