Ermənistanın Hərbi-Sənaye Komitəsinin sədri Artem Mehrabyan iyulun 1-də tutduğu vəzifədən azad ediləcək.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan müvafiq qərar verib.
Qeyd edək ki, Mehrabyan bu vəzifəyə 2022-ci ilin mayında təyin edilib və bundan əvvəl ölkənin müdafiə müəssisələrindən birinə rəhbərlik edib.