AZ

Ermənistanın Azərbaycana qaytaracağı 4 kənd: xəritə üzərində izah edirik

Azərbaycan və Ermənistan ilk dəfə olaraq dövlət sərhədinin delimitasiyası üzrə razılığa gəliblər.

Ermənistan Azərbaycanın istədiyi dörd kəndi geri verməyə razılaşıb.

Tərəflər delimitasiya prosesinin ilkin mərhələsində sərhədin ayrı-ayrı hissələrinin Sovet İttifaqı dövründə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq, müəyyən olunmuş yerlərdən keçməsini qərarlaşdırıblar.

İki ölkə arasındakı razılığa görə, sərhəd xətti Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçəcək.

Ermənistan Azərbaycanın istədiyi dörd kəndin ərazisini geri verməyə razı olsa da, özünə məxsus 31 kəndin "Azərbaycanın işğalı altında" olduğunu iddia edir.

Onların bir qismi hələ 1990-cı illərdə Birinci Qarabağ müharibəsi zamanı, digərləri isə 2021-2022-ci illərdə Ermənistanla sərhəd ərazilərdə apardığı hərbi əməliyyatlar zamanı Azərbaycanın nəzarətinə keçib, Yerevan belə iddia edir.

Bakı bildirib ki, dövlət sərhədinin delimitasiyası keçirilməmiş Ermənistanın 31 kəndinə məxsus olan torpaqların işğalı barədə danışmaq "tamamilə əsassızdır".

BBC News Azərbaycanca hansı kəndlərdən söhbət getdiyini xəritə üzərində izah edir.

Videonu Youtube kanalımızda izləyin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
219
bbc.com

1Mənbələr