AZ

Cef Bezos “Amazon”un 5 milyard dollarlıq səhmlərini satışa çıxaracaq

Müəllif:Ayşən İmanova/Banco.az

“Amazon” kompaniyasının qurucusu və sədri Cef Bezos elektron ticarət nəhənginin qiyməti rekord həddə çatan səhmlərinin bir hissəsini satmağı planlaşdırır.

Banco.az xəbər verir ki, biznesmenin satışa çıxaracağı 25 milyon səhm ona təxminən 5 milyard dollar gəlir gətirəcək. Satış reallaşsa, Cef Bezosun əlində təxminən 912 milyon “Amazon” səhmi və ya kompaniyanın qiymətli kağızlarının 8,8 faizi qalacaq.

Milyarder bu ilin fevralında təxminən 8,5 milyard dollar dəyərində səhm satmışdı.
“Amazon” kompaniyasının səhmləri ötən il 80 faiz, bu il isə 30 faizdən çox bahalaşaraq özünün ən yüksək səviyyəsinə - 200,43 dollara çatıb.

Qeyd edək ki, “Forbes” jurnalının versiyasına görə, Cef Bezos 214,4 milyard dollarlıq sərvəti ilə dünyanın ikinci ən varlı adamıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
5
banco.az

6Mənbələr