AZ

Siyəzəndə özəl müəssisənin həyətində insan sümüklərinin aşkarlanması ilə bağlı RƏSMİ MƏLUMAT- YENİLƏNİB

"Siyəzəndə özəl müəssisənin həyətində qədim qəbir aşkarlanıb".

Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından məlumat verilib.

Qeyd olunub ki, bu günlərdə assosiasiyasının üzvü olan "Siyəzən Broyler" ASC-nin ərazisində yeraltı kabel çəkilişi məqsədilə qazıntılar aparılan zaman qədim qəbir aşkarlanıb:

"Məsələ ilə bağlı əlaqədar dövlət orqanlarına məlumat verilib, müvafiq prosedurlar həyata keçirilib".

***

Siyəzən rayonunda insan sümükləri aşkarlanıb.

Avtosfer.az xəbər verir ki, sümüklər rayonun Beşdam kəndi ərazisində yerləşən "Siyəzən Broyler" ASC-nin həyətində qazıntı işləri görən zaman tapılıb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.

(oxu.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
28
avtosfer.az

10Mənbələr