Siyəzəndə özəl müəssisənin həyətində qədim qəbir aşkarlanıb.
Bu barədə Axar.az-a Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından məlumat verilib.
Qeyd olunub ki, bu günlərdə assosiasiyasının üzvü olan Siyəzən Broyler ASC-nin ərazisində yeraltı kabel çəkilişi məqsədilə qazıntılar aparılan zaman qədim qəbir aşkarlanıb:
"Məsələ ilə bağlı əlaqədar dövlət orqanlarına məlumat verilib, müvafiq prosedurlar həyata keçirilib".