AZ

Moody’s “Bank Respublika”nın uzunmüddətli depozit reytinqini B2-dən B1-ə yüksəldib

®Moody’s Beynəlxalq reytinq agentliyi “Bank Respublika”nın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqinin B2-dən B1-ə yüksəldiyini açıqlayıb.

Reytinq artımı yüksək kapitallaşma, səhmdarların dəstəyi, gəlirliliyin artması, eləcə də Bankın kifayət qədər likvidliyi ilə bağlıdır.

Agentlik həmçinin, Bankın reytinq üzrə proznozunu “Pozitiv”ə yüksəldərək, uzunmüddətli kredit reytinqini “B2” səviyyəsində təsdiqləyiblər.

Moody’s analitikləri “Pozitiv” proqnozun nəzərdən keçirilən dövr ərzində Bankın kapital adekvatlığı göstəricilərinin və aktivlərin keyfiyyətinin yaxşılaşdığını əks etdirdiyini qeyd ediblər, həmçinin gələcəkdə maliyyə sabitliyinin daha da yaxşılaşacağını gözlədiyini vurğulayıblar.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
50
banker.az

10Mənbələr