AZ

Sabah yağış yağacaq, güclü külək əsəcək

Bakı. Trend:

Azərbaycanda sabah hava şəraiti yağmursuz keçəcək, lakinqısamüddətli az yağış yağacağı ehtimal edilir.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumatverilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağışyağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərqküləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26°, gündüz 31-36° olacaq. Atmosfertəzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65%,gündüz 35-40% olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuzkeçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağışyağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysanxarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Gecə və səhər arabir duman olacaq. Şərq küləyi gündüz bəzi yerlərdəarabir güclənəcək.

Havanın temperaturu gecə 21-26°, gündüz 34-39°, dağlarda gecə11-16°, gündüz 20-25° olacaq.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
37
az.trend.az

10Mənbələr