AZ

DGK bu şirkətə protokol yazdı

Dövlət Gömrük Komitəsi (DGK) "Electrik Auto" MMC barəsində inzibati protokol tərtib edib. 

Valyuta.az xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə ittiham irəli sürülüb.

İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq. 

485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Hüseyn
 

Seçilən
105
4
valyuta.az

10Mənbələr