AZ

"WhatsApp"da yeni era: səsli mesajlar mətnə çevrilir

"WhatsApp" tərtibatçıları səsli mesajların transkripsiyası funksiyasını sınaqdan keçirməyə başlayıblar.

Olaylar bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Yenilik artıq "Android" üçün "WhatsApp"ın 2.24.15.5 nömrəli beta versiyasında müşahidə edilib.

Dərc edilmiş ekran görüntülərindən məlum olur ki, tətbiqin test istifadəçiləri artıq alınan və göndərilən səsli mesajlar üçün transkripsiya funksiyasını aktivləşdirə bilərlər. Lakin bu, əlavə məlumat paketinin yüklənməsini tələb edəcək. Bu qərar məxfilik məqsədilə qəbul edilib və səsli mesajları "WhatsApp" serverlərində emal etmək ehtiyacı olmadan birbaşa cihazda deşifrə etməyə imkan verir.

Yeniliyin "Android" və "iOS"da bütün "WhatsApp" istifadəçiləri üçün nə vaxt işləyəcəyi açıqlanmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
5
olaylar.az

8Mənbələr