AZ

Honor MagicBook Art 14 noutbuku təqdim edilib - QİYMƏTİ

     Honor şirkəti öz yeni məhsullarının təqdimatı çərçivəsində son olaraq yeni noutbukunu təqdim edib. Söhbət, Honor MagicBook Art 14-dən gedir. Bu yeni noutbuk öz kompakt ölçüləri və ekran ətrafı nazik çərçivəsi ilə seçilir. Ekran ətrafı çərçivənin qalınlığı 2.2 mm təşkil edir. Bu səbəbdən də ekranın yuxarı hissəsinə veb kameranı yerləşdirmək mümkün olmayıb. Lakin şirkət bu problemi maraqlı şəkildə həll edib. Belə ki, Honor MagicBook Art 14 çıxarıla bilən veb kameraya sahibdir. Veb kameranın özü ekranın yuxarı hissəsinə maqnit sayəsində bərkidilir.     Kameranın saxlanması üçün hətta noutbuk gövdəsində xüsusi yer də mövcuddur. O, gövdənin sağ hissəsində yerləşir. Şirkət bildirib ki, noutbukun öz qalınlığı 1 sm, çəkisi isə 1 kq təşkil edir. Noutbuk 120 Hz-lik təsvir yenilənməsinə sahib 3120х2080 piksel keyfiyyətli 14.6 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 700 nit təşkil edir və o, DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir. Noutbuk iki versiyada təqdim edilib. Birinci versiya Intel Core Ultra 5 prosessoru, ikinci versiya isə Intel Core Ultra 7 prosessoru vasitəsilə çalışır.     Hər iki halda noutbuk 16/32 GB RAM və 1 TB-lıq SSD ilə təchiz olunub. Onun batareya həcmi isə 60 vatt-saat təşkil edir. Bu cür batareyanın sayəsində noutbuk 9.5 saat ərzində çalışa bilir. Honor MagicBook Art 14 özündə USB 3.2 Gen 1 Type-A, USB 3.2 Type-C (Thunderbolt 4), HDMI 2.1 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Noutbuk 19 iyul tarixində Çində satışa çıxacaq. Onun qlobal bazarda satılıb-satımayacağı bilinmir. Honor MagicBook Art 14-ün Çin bazarındakı qiymətləri aşağıdakı kimi olacaq.- Intel Core Ultra 5 + 16 GB RAM + 1 SSD - 1100$- Intel Core Ultra 5 + 32 GB RAM + 1 SSD - 1170$- Intel Core Ultra 7 + 32 GB RAM + 1 SSD - 1310$. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
technote.az

1Mənbələr