Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası”nda dəyişiklik edilib.
Ekoloiya.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Dəyişikliyə əsasən, hər bir ödənişli avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiq ediləcək.
Eyni zamanda, Qaydanın 3.11.3.1-ci yarımbəndində “dərəcəsindən, nəqliyyat vasitəsinin qət etdiyi məsafədən, çəkisindən və ay ərzində gedişlərin sayından asılı olaraq” sözləri “dərəcəsi nəzərə alınmaqla” sözləri ilə əvəz edilib.