AZ

Xəzər dənizində boğulmamaq üçün nə etməli, harada çimməli? 5 suala cavabda

Məqalə barədə məlumatMüəllif, Aygül Mehman Vəzifə, BBC News Azərbaycanca

Bazar günü Bilgəh qəsəbəsində bir nəfər şəxs dənizdə boğulub, onun axtarışlarına helikopter də cəlb olunub, Fövqəladə Hallar Nazirliyi açıqlayıb.

Azərbaycanda çimərlik mövsümü başlayandan bəri qadağan olunmuş su hövzələrində, qeyri-çimərlik ərazilərdə boğulub həyatını itirənlər olub. Rəsmi qurumların yaydığı məlumatda deyilir ki, boğulanlar bir sıra hallarda nəzarətsiz ərazilərdə suya girir.

Bəs, Xəzərdə boğulmamaq üçün nə etmək lazımdır? Beş suala cavabda oxuyun.

1. Boğulmaların əsas səbəbləri hansılardır?

Mütəxəssislər Xəzər dənizində boğulmaların səbəbini, əsasən, küləkli hava, onun Xəzərdə yaratdığı sualtı burulğanlar, küləyin suyun altına yığdığı yad cisimlər (suya baş vuran insanların müxtəlif xəsarətlər almasına səbəb olur), bəzi şəxslərin suda bəhsə girib daha uzağa üzməyə çalışması, alkoqollu içki qəbulundan sonra suya girmək və valideynlərin uşaqlarını çox qısa müddətə olsa belə diqqətsiz qoyması ilə əlaqələndirirlər.

İqlimlə əlaqədar olaraq, Xəzər dənizində ilin 250 günü küləkli hava müşahidə olunur. Nəticədə dənizdə uçqun, yarğan və burulğanlar əmələ gəlir.

Azərbaycan qanunveriliciyinin tələbinə görə, küləyin sürəti saniyədə 10 metri keçirsə, yəni təxminən 6-7 bal gücündə olarsa, o zaman dənizə girmək qadağandır, təhlükəlidir və məsləhət görülmür.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şöbə rəisi Aqşin Əlili BBC News Azərbaycancaya deyir ki, "təhlükə ilə bağlı edilən bütün xəbərdarlıqlara rəğmən insanlar yenə də küləkli havalarda suya girirlər".

Mütəxəssislər hesab edirlər ki, yaxşı üzə bilən şəxslərin "bacarıramsa, deməli istədiyim yerə qədər üzə bilərəm" deyib məsafəni hesablamaması da boğulmalara səbəbdir.

"Lakin adamlar sağlamlıq, insan bədənin suda verdiyi reaksiyalar, qıcolma ehtimalı kimi müxtəlif amilləri mütləq nəzərə almalıdırlar", - o deyir.

Dəniz

Şəklin mənbəyi, GÜLƏR ABBASOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
bbc.com

1Mənbələr