Prezident İlham Əliyev Nazirlər Kabineti Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla bağlı Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasında media sahəsində səmərəli fəaliyyətinə görə İbrahim Məmməd oğlu Məmmədov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Qeyd edək ki, bu gün İ. Məmmədovun 60 yaşı tamam olur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta