Manset.az Report.az-a istinadən xəbər verir ki, "VAZ-2106" markalı minik avtomobili hərəkətdə olarkən yük maşını ilə toqquşub. Qəza zamanı minik avtomobilinin sürücüsü xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.