AZ

Məcnun Məmmədovun təmizləmə əməliyyatı davam edir - Firdovsi Fikrətzadə vəzifəsindən azad edildi

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə vəzifəsindən azad edilib."BusinessTime"ın məlumatına görə, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun ərmi ilə F.Fikrətzadə işdən azad olunub.
F.Fikrətzadənin iyunun 10-da işdən çıxmaqla bağlı ərizə yazdığı deyilir.Məlumata görə, quruma bundan sonra Rəşad Hüseynov rəhbərlik edəcək.
Qeyd edək ki, R.Hüseynov Azərbaycan Dövlət Aqrar Universitetində ümumi iqtisadiyyat ixtisası üzrə bakalavr təhsili alıb, Almaniyanın "Weinhenstephan Triestdorf" Tətbiqi Elmlər Universitetində biznesin idarıə edilməsi, Bonn Universitetində isə Qida və resursların iqtisadiyyatı üzrə magistr dərəcəsi alıb, 2010-2015-ci ildə Bonnda doktorluq işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi ünvanı alıb.
Xatırladaq ki, İnam Kərimovun ən uğurlu kadrlarından hesab edilən Firdovsi Fikrətzadə 2019-cu ildən ATM-ə rəhbərlik edirdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
2
businesstime.az

2Mənbələr