AZ

Ölkədə duz istehsalı 20 faizdən çox artıb - Rəqəmlər

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda 42 min 414,1 ton duz istehsal olunub.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 min 790,4 ton və ya 22,5 faiz çoxdur. 2022-ci ilin ilk altı ayında Azərbaycanda 34 min 623,7 ton duz istehsal olunub.

Cari ilin iyul ayının biri vəziyyətinə görə, ölkədə duz ehtiyatının miqdarı 34,6 ton təşkil edib.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
2
valyuta.az

8Mənbələr