AZ

Naxçıvan şəhərində çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Naxçıvan şəhəri, Əliabad qəsəbəsi ev.3b ünvanında fəaliyyət göstərən fiziki şəxs Sadiqov Elsevər Sadıq oğluna məxsus çörək sexində plandankənar yoxlama aparılıb. Yoxlama zamanı qida obyektində gigiyena qaydalarına əməl olunmadığı, çirklənməyə qarşı müdafiə tətbirlərinin tətbiq edilmədiyi, zərərvericilərlə mübarizə üçün şərait yaradılmadığı aşkarlanıb.



Eyni zamanda, müəssisədə çalışan işçi heyətin tibbi müayinədən keçmədiyi, istifadə olunan alət və avadanlıqların təmizlənməsi üşün ayrıca yuma sahəsinin təşkil edilmədiyi müəyyən edilib. Həmçinin obyektdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin də aparılmadığı məlum olmuşdur. Aşkarlanmış nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb, müəssisənim fəaliyyəti məhdudlaşdırılıb. 
Əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ardıcıl tədbirlər bundan sonra da davam etdiriləcəkdir.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Seçilən
222
7
nuhcixan.az

10Mənbələr