AZ

Azı 14 media təmsilçisi builki Milli Mətbuat Gününü həbsxanada qeyd edib

Bu həftə Azərbaycanda Milli Mətbuat Günü qeyd olunub və 2023-cü ilin noyabrından bəri həbs olunmuş azı 14 nəfər media təmsilçisi mətbuatın 149 illiyini həbsdə qeyd edib.

Onların əksəriyyəti qaçaqmalçılıqda ittiham olunurlar. Bu şəxslər isə öz həbslərini peşə fəaliyyətilə əlaqələndirirlər.

Beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycan Prezidenti İlham Əliyevdən haqsız yerə həbsdə olan jurnalistləri və media nümayəndələrini azad etməyə çağırıb.

Cənab Əliyev isə onların Azərbaycan qanunlarını pozduqlarını deyib və bildirib ki, ölkə öz qanunlarını qoruyur.

Sərhədsiz Reportyorlar Təşkilatının 2024-cü il mətbuat azadlığı indeksində Azərbaycan 13 pillə geriləyərək, 180 ölkə arasında 164-cü olub.

Azərbaycan hakimiyyəti isə ölkədə medianın azad və müstəqil olduğunu bildirir.

Videoya Youtube-da baxın.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
bbc.com

1Mənbələr