AZ

Azərbaycanla Ermənistan bir-birini müharibəyə hazırlaşmaqda ittiham edir

Azərbaycan deyir ki, Ermənistan dronlarları Tovuzda kəşfiyyat uçuşları etmək istəyib.

Azərbaycan Müdafiə Nazirliyinin bildirdiyinə görə, iyulun 25-də bu dronlar ərazidən uzaqlaşdırılıb.

Nazirlik iddia edir ki, Ermənistan Fransadan aldığı silahlarla Azərbaycan qarşı müharibəyə hazırlaşır.

"Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən "Avropa Sülh Fondu" adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir", - Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Ermənistan Müdafiə Nazirliyi isə bunun doğru olmadığını bildirib və Azərbaycanı vəziyyəti gərginləşdirməkdə ittiham edib.

"Ermənistan və Azərbaycan arasında sərhəd insidentlərini araşdırmaq məqsədilə birgə mexanizmin yaradılması həm diplomatik kanallar vasitəsilə, həm də açıq bəyanatlarla Bakının diqqətinə çatdırılıb. Lakin Yerevanın bu çağırışı cavabsız qalıb”, - Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Ermənistan, həmçinin aldığı yeni silah-sursatların müdafiə məqsədi daşıdığını bildirib.

Ermənistan iyul ayında Amerika Birləşmiş Ştatları ilə birgə hərbi təlimlər keçirib.

Videoya Youtube kanalımızda baxın.

Seçilən
156
bbc.com

1Mənbələr