AZ

Dağıstanda terror tüğyan edir: FTX bir sıra hücumların qarşısını alıb

"Terrorçular yerli pravoslav kilsəsinə və polis əməkdaşlarına hücum hazırlayıb..."
 
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Dağıstanda bir sıra terror aktlarının qarşısının alınması barədə məlumat verib. 
 
Moderator.az xəbər verir ki, bu barədə "ntv.ru" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, Kaspiysk şəhərinin üç sakini saxlanılıb, güc strukturlarının versiyasına görə, onlar yerli pravoslav kilsəsinə və polis əməkdaşlarına hücum hazırlayıb.
 
FTX mətbuat xidmətinin məlumatında deyilir ki, bütün saxlanılanlar "Rusiyada qadağan edilmiş beynəlxalq terror təşkilatının tərəfdarlarıdır". Söhbətin hansı terror təşkilatından getdiyi dəqiqləşdirilmir.
 
FTX həmçinin məlumat verib ki, saxlanılanların yaşayış yeri üzrə axtarışlar aparılıb, nəticədə güc sturkturlarının əməkdaşları tərəfindən "əldəqayırma partlayıcı qurğu, onun hazırlanması üçün komponentlər, soyuq silah, terror təşkilatının bayraqları, elektron məlumat daşıyıcıları" aşkar edilib.
 
Bu məlumat
daşıyıcılarında "şəhər və meşə şəraitində döyüş əməliyyatlarının aparılması, atəş hazırlığı, partlayıcı, yandırıcı qurğular və əl qumbarasının quraşdırıması üzrə təlimat" aşkar edilib. Məlumatda iddia edilir ki, saxlanılanlar etirafedici ifadələr verib.
 
Təxminən bir ay öncə, iyunun 23-də Dərbənd və Mahaçqalada terrorçular iki pravoslav kilsəyə, sinaqoqa və yol-patrul xidmətinin postuna hücum edib. Nəticədə 22 nəfər, o cümlədən 17 polis nəfəri və 66 yaşlı keşiş Nikolay ata həlak olub.
 
Beş terrorçu məhv edilib. Onların arasında o zaman respublikanın Serqokalinsk rayonunun rəhbəri Məhəmməd Ömərovun iki oğlu və yaxın qohumu da olub.
 
O, dərhal vəzifəsindən kənarlaşdırılıb, həbs edilib və ona qarşı çirki pulların yuyulması və dələduzluqla bağlı cinayət işi açılıb.
 
Terror aktlarından bir həftə sonra güc strukturları Dağıstan MMA (qarışıq döyüş sənəti) üzrə tanınmış döyüşçü Həbib Hurməhəmmədovun atası Abdulmanaf Nurməhəmmədov adına Mahaçqala təkbətək döyüş məktəbində axtarış aparıb.
 
Bu həmin Həbib Nurməhəmmədovdur ki,
Rusiya Dövlət Dumasının deputatı Hacımurad Ömərov ona "Rusiya Qəhrəmanı" adının verilməsini təklif edib və hətta bu xahişlə Vladimir Putinə müraciət edib.
 
Bir qədər sonra Rusiya Federal Vergi Xidməti Həbib Nurməhəmmədovun 297 milyon rubl (5 milyon 900 min manat-red.) borcu səbəbindən hesabına həbs qoyub.
Seçilən
158
1
moderator.az

10Mənbələr