Azərbaycan İran Prezidenti Məsud Pezeşkianın andiçməsində iştirak edəcək.
Andiçmə mərasimində Azərbaycanı Baş nazir Əli Əsədov təmsil edəcək, bunu BBC-yə Azərbaycan Xarici İşlər Nazirliyi bildirib.
Məsud Pezeşkian iyulun 30-da and içəcək.
O, iyulun 6-da keçirilmiş prezident seçkisinin ikinci turunda mühafizəkar Səid Cəliliyə qalib gəlib.
İyulun 28-də İranın Ali rəhbəri onu rəsmi prezident kimi təsdiqləyib.
İran azərbaycanlısı Pezeşkian ölkənin islahatçı qanadının təmsilçisi sayılır.
O bildirib ki, hökumətinin əsas prioriteti ölkənin iqtisadi problemlərinin həlli olacaq, İranın dövlət agentliyi İRNA yazıb.
Videoya YouTube kanalımızda baxın.