AZ

"Microsoft"un gəlirləri və mənfəəti artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aprel-iyun dövründə “Microsoft”un gəlirləri və mənfəəti artım göstərib.

Banco.az xəbər verir ki, iyunun 30-da başa çatan üç aylıq dövrü maliyyə təqvimində 4-cü rüb hesab edən "Microsoft" balans hesabatını dərc edib.

Hesabata görə, texnologiya nəhəngi şirkətin gəlirləri aprel-iyun dövründə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq 64,7 milyard dollara çatıb. Şirkətin gəlirləri proqnozları üstələyib. "Microsoft" ötən ilin aprel-iyun dövründə 56,2 milyard dollar gəlir əldə etdiyini açıqlamışdı.

"Microsoft"un xalis mənfəəti aprel-iyun dövründə 10 faiz artaraq 22 milyard dollara çatıb ki, bu da proqnozlardan yüksək nəticədir. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 20,08 milyard dollar idi.

Şirkətin səhm üzrə mənfəəti də bu müddət ərzində 2,69 dollardan 2,95 dollara yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
129
5
banco.az

10Mənbələr