AZ

Mühəndis təminatı üzrə tədbirlərin icrası davam etdirilir - Vətən Naminə

">

Cari ilin iyul ayı ərzində azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində 1184 hektardan çox ərazi minalardan tam təmizlənib.
Azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 39721 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 13045 ədəd partlamamış hərbi sursat, 3318 ədəd tank əleyhinə mina və 10463 piyada əleyhinə mina aşkarlanaraq məhv edilib.
İşğaldan azad edilmiş tarixi ərazilərimizdə sosial rifahın yenidən bərpa olunması, təhlükəsizliyin təmin edilməsi, o cümlədən, yol və infrastruktur işlərinin təşkilinin sürətləndirilməsinə yönəldilmiş mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun olaraq davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Seçilən
120
20
vetennamine.az

10Mənbələr