Bakıda "Pacific Bread Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus "№1 Çörək Zavodu”nun satış təmsilçisinə hökm oxunub.
Qayanrinfo-nun məlumatına görə, zavodun satış təmsilçisi vəzifəsində işləmiş 1982-ci il təvəllüdlü Zamiq Cavadov (soyad-şərti) çörək məhsullarını istintaqla müəyyən edilməmiş satış nöqtələrində satmaqla əldə etdiyi 35073,79 manat pulu mənimsəyib.
Məlum olub ki, o, "BRAVO 28 Mall” mağazasına 1549,76 manatlıq, "GRAND market” mağazasına 13,86 manatlıq, "GRAND market Nizami” mağazasına 8288,26 manatlıq, "BRAVO QLOBUS CENTER 3014” mağazasına 3805,64 manatlıq, "BRAVO QİŞ PARKİ” mağazasına 9339,75 manatlıq, "BOLMART Səməd Vurğun küçəsi” mağazasına 50,29 manatlıq, "NƏSİR market” mağazasına 1061,40 "ВОЕМART Yasamal” mağazasına 9,61 manatlıq, "BRAVO Babək 94” mağazasına 610,67 manatlıq, "BRAVO 20 Yanvar” mağazasına 1673,81 manatlıq, "GRAND MART Səbail” mağazasına 3291,65 manatlıq, "BOLMART Səbail” mağazasına 3383,37 manatlıq, "BOLMART EKSPRESS” mağazasına 84,48 manatlıq, "BRAVO OAZİS” mağazasına 12,79 manatlıq, "ORDUBAD Market” mağazasına 7,02 manatlıq, "CAVİD market” mağazasına 24,75 manatlıq, "RAMİZ market” mağazasına 18.53 manat və digər 1795,90 manatlıq məhsularını təhvil verməyib.
Təqsirləndirilən şəxs həmin çörəkləri başqa yerlərdə sataraq əldə etdiyi vəsaiti mənimsəyib.
Zamiq Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib və 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
"Pacific Bread” MMC-nin qanuni təmsilçisi Şabanov İlkin İmran oğludur. O, həm də "Delta Qrup C.O.” MMC-yə rəhbərlik edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta